Bakının yaşıllıq sahələri artırılacaq

Bakının yaşıllıq sahələri artırılacaq
# 09 oktyabr 2020 16:30 (UTC +04:00)

Bakı şəhəri ərazisində yaşıllıq sahələrinin və açıq məkanların artırılması Bakı şəhərinin Baş Planının əsas prioritetlərindən biridir.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmış Bakının Baş Planının ilkin layihəsində qeyd olunub.

Bu məqsədlə "Dövlət Şəhərsalma Norma və Qaydalarına (AzDTN 2.6-1)" uyğun olaraq, Bakı şəhərinin Baş Planı çərçivəsində adambaşına düşən yaşıllıq sahəsinin 8 kvadrat metrə çatdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Bu hədəfə nail olmaq üçün mövcud yaşıllıqların qorunması, yeni inkişaf ərazilərində tələb olunan səviyyədə açıq məkanların yaradılması və bir neçə layihənin həyata keçirilməsi planlaşdırılır. İcra olunacaq layihələr Xocahəsən gölünün ətrafında geniş parkın salınmasını, Bakı bulvarının uzunmüddətli perspektivdə uzadılmasını (Bibiheybət ərazisi daxil olmaqla) və Böyükşor, Zığ və Bülbülə göllərinin ətrafında yaşıl istirahət zonalarının salınmasını əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR