Buzovna qəsəbəsində yenidənqurma işləri aparılacaq

Buzovna qəsəbəsində yenidənqurma işləri aparılacaq
# 03 may 2021 12:27 (UTC +04:00)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Abşeronun qəsəbələrinin memarlıq siması" müsabiqə proqramının ikinci mərhələsinə start verir.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, müsabiqə proqramı Buzovna qəsəbəsini əhatə edəcək.

Ümumi mükafat fondu 20 min manat olan müsabiqəyə təqdim olan layihələrdə Buzovna qəsəbəsində estetik görünüşünün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, orijinallıq və mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapmalıdır.

Müsabiqə tapşırığı, iştirak şərtləri, qaydalar və digər detallarla www.absheronsimasi.az saytından tanış olmaq olar.

Xatırladaq ki, müsabiqə proqramının ilk mərhələsi Ramana, Pirşağı və Əmircan qəsəbələrini əhatə edib.

Komitə tərəfindən digər qəsəbələri də əhatə edəcək müsabiqə proqramlarının həyata keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR