Dövlət Agentliyi kibertəhlükəsizlik üzrə yeni resursunu istifadəyə verib

Dövlət Agentliyi kibertəhlükəsizlik üzrə yeni resursunu istifadəyə verib
# 06 mart 2020 11:58 (UTC +04:00)

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin yeni (xritda.gov.az) informasiya ehtiyatı istifadəyə verilib.

Agentlikdən "APA-Economics"ə verilən məlumata görə, yeni informasiya ehtiyatında Azərbaycan İnformasiya Təhlükəsizliyi Koordinasiya Komissiyası, onun işçi qrupları, üzərində işlədiyi layihələr, o cümlədən Agentliyin üzərində işlər aparılan bəzi layihələr haqqında məlumat və təsis etdiyi "İnformasiya Təhlükəsizliyi" jurnalının onlayn versiyası yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR