İqtisadiyyat Nazirliyinin qurumu ilə YTP arasında əməkdaşlığa dair müqavilə imzalanıb

İqtisadiyyat Nazirliyinin qurumu ilə YTP arasında əməkdaşlığa dair müqavilə imzalanıb
# 26 dekabr 2019 17:44 (UTC +04:00)

Azərbaycan İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu ilə AMEA Yüksək Texnologiyalar Parkı (YTP) arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb.

YTP-dən "APA-Economics"ə verilən məlumata görə, sənəddə elmi nailiyyətlərin müasir texnoloji layihələrə inteqrasiya edilməsinə şəraitin yaradılması, elmi nailiyyətlərin artırılması və gənclərin elmi maariflənməsi istiqamətində birgə mütəmadi təşəbbüslərin təşkili, onlara elmi-innovativ ideyalarını reallaşdırmaq üçün elmi və iqtisadi dəstəyin verilməsi, innovasiya xarakterli elmi nailiyyətlər nəticəsində yaranan innovativ məhsulun kommersiyalaşdırılması və digər istiqamətlərdə birgə əməkdaşlıq məsələləri öz əksini tapmışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR