Nazir Ramin Quluzadə TDƏŞ-in Baş katibi ilə görüşüb

Nazir Ramin Quluzadə TDƏŞ-in Baş katibi ilə görüşüb
# 08 sentyabr 2020 15:33 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının (TDƏŞ) Baş katibi Bağdad Amreyevlə görüşüb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, qonaqları salamlayan nazir COVID-19 pandemiyası şəraitində, cari ilin 30 aprel tarixində TDƏŞ-ə üzv dövlətlərin nəqliyyat nazirlərinin iştirakı ilə keçirilmiş video-konfransda qaldırılan məsələlərin həlli istiqamətində ölkəmiz tərəfindən görülən tədbirlər barədə məlumat verib.

Görüş zamanı nəqliyyat nazirlərinin video-konfransının nəticəsi olaraq pandemiya dövründə yarana biləcək məsələlərin çevik həlli, nəqliyyat və logistika əməliyyatlarının effektiv əlaqələndirilməsi üçün yaradılmış Nəqliyyatı Əlaqələndirmə Şurasının iclasının keçirilməsi müzakirə olunub. Həmçinin Azərbaycan üzərindən daşınan tranzit yük axınlarının davamlılığının təmin edilməsi, TASIM layihəsinin həyata keçirilməsi, startap hərəkatının genişləndirilməsi, o cümlədən TDƏŞ çərçivəsində startapların inkişaf etdirilməsi üzrə birgə işin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR