RRB-nin iştirakı ilə bu il Bakıda yeddi tədbir keçiriləcək

RRB-nin iştirakı ilə bu il Bakıda yeddi tədbir keçiriləcək
# 24 yanvar 2020 16:44 (UTC +04:00)

Bu il ərzində Regional Rabitə Birliyinin (RRB) iştirakı ilə Bakıda yeddi iclas və seminar keçiriləcək.

"APA-Economics"in RRB-yə istinadən verdiyi məlumata görə, fevralda Bakıda RRB-nin İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 7-ci iclası keçiriləcək. Hazırda bu iclasın keçiriləcəyi tarix dəqiqləşdirilir.

Martın 24-25-də Ümumdünya Gömrük Təşkilatının seminarı keçiriləcək. Həmçinin mart ayında paytaxtda RRB Komissiyasının Poçt Təhlükəsizliyi üzrə İş Qrupunun 5-ci iclası və RRB-nin Poçt Komissiyasının və Poçt Operatorları Şurasının birgə iclasları təşkil olunacaq. Tədbirlərin keçiriləcəyi tarix dəqiqləşdirilir.

Plana uyğun olaraq, aprelin 28-29-də RRB-nin iştirakı ilə intellektual nəqliyyat şəbəkələri üzrə seminar, sentyabr ayında (tarix dəqiqləşdirilir) regional kibertəlim, dekabr ayında isə "Bakutel 2020" sərgisi çərçivəsində görüş təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR