Sabah Abşeron, Binəqədi və Xırdalanın bəzi ərazilərində elektrik enerjisi təchizatında fasilələr olacaq

Sabah Abşeron, Binəqədi və Xırdalanın bəzi ərazilərində elektrik enerjisi təchizatında fasilələr olacaq
# 09 dekabr 2019 12:50 (UTC +04:00)

Abşeron rayonunun Qobu və Masazır qəsəbələri, At-yalı yaşayış sahəsi, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi və Binəqədi rayonu 28 May qəsəbəsində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq 10/6/0.4 kv-luq EVX-ləri, TM, KTM-lərdə yenidənqurma işləri davam etdirilir.

"Azərişıq" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar olaraq dekabrın 10-da adı çəkilən ərazilərdə elektrik enerjisi təchizatında qısamüddətli növbəli fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR