"Technol" şirkəti elektron mağazasını istifadəyə verib - FOTO

"Technol" şirkəti elektron mağazasını istifadəyə verib - FOTO
# 18 may 2020 10:00 (UTC +04:00)

Avtomobil sürücülərinə müjdə. Azərbaycanda və Qafqaz regionunda ilk mühərrik və sənaye yağları istehsalçısı “Technol” çoxsaylı müştəri müraciətlərini nəzərə alaraq, elektron mağazasını istifadəyə verdi. Bundan sonra müştərilər satış nöqtəsinə getmədən www.technol.shop portalına daxil olaraq, müxtəlif çeşidli “Technol” məhsullarını internet üzərindən də əldə edə biləcəklər. Rahatlığı və innovativliyi ilə seçilən elektron mağazada plastik kart, ödəniş terminalları (“ExpressPay”, “E-Manat”, “Kassam.AZ”, “MilliÖn”) və çatdırma zamanı nağd ödəmə formaları aktiv edilib. Məhsulların ölkənin bütün regionları üzrə istənilən ünvana çatdırılması təmin edilir. Müştəri məmnunluğuna önəm verən “Technol” müştəriləri bundan sonra da sevindirməyə davam edəcəkdir.

Gündəlik 140, illik 50 min ton istehsal gücünə malik “Technol” şirkətində istehsal prosesinin təşkili məqsədilə Alman istehsalı olan avadanlıqlar quraşdırılıb, istehsal prosesinin tam avtomatlaşdırılması həyata keçirilib. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Yaponiyanın tanınmış firmalarının müasir cihazları ilə təchiz edilən şirkət, yağların geniş səpkidə dəqiq analizi üçün beynəlxalq akkreditasiyadan keçmiş (ISO17025: 2017) müasir laboratoriyaya malikdir.

“Technol” şirkətində bütün mühərrik və sənaye yağları “Infineum”, “Chevron”, “Afton” kimi nüfuzlu təchizatçıların yüksək keyfiyyətli qatqılarından istifadə edilməklə Amerika Neft İnstitutunun (API), Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) standartlarına müvafiq qaydada istehsal edilir, Amerika Test və Materiallar Cəmiyyətinin (ASTM) tələbləri əsasında sınaqdan keçirilir. İstehsal edilən bütün məhsulların müştəri tələbatına və qanunvericiliyin tələblərinə cavab verməsi üçün şirkətdə ISO9001: 2015 standartı tətbiq olunub.

Dünya üzrə tanınmış markaların göstəricilərinə cavab verən yağları istehsal edərək əlverişli qiymətə hər kəs üçün əlçatan etmək “Technol” şirkətinin başlıca fəaliyyət məqsədidir. Qısa müddət ərzində müştərilərin etimad və rəğbətini qazanan “Technol” şirkətinin istehsal etdiyi keyfiyyətli məhsullar bu gün daxili bazarın tələbatını ödəməklə yanaşı xarici bazarların tələbatını qarşılamaq üçün 10-a yaxın ölkəyə ixrac olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR