"ADY Express" BTQ ilə yükdaşımaları kəskin artırıb

"ADY Express" BTQ ilə yükdaşımaları kəskin artırıb
# 23 iyul 2021 10:20 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC bu il Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə rekord sayda yükdaşımalar həyata keçirib.

APA-Economics”in MMC-yə istinadən verdiyi məlumata görə, 2021-ci ilin əvvəlindən bu günə qədər şirkət BTQ vasitəsi ilə ümumilikdə 1 767 vaqonda 108 534 ton yük nəql edib ki, bu göstərici həmin yol istifadəyə veriləndən bəri ən yüksəkdir. Müqayisə üçün bildirək ki, 2020-ci ildə BTQ vasitəsi ilə “ADY Express” toplam olaraq 50 min tona yaxın yük nəql edib.

Qeyd edək ki, bu il də daşınan yüklərin böyük əksəriyyəti Rusiya yüklərinə, Maqnitoqosk Metallurgiya Kombinatının yüklərinin payına düşür. Belə ki, şirkət 1 501 vaqonda 99 244 ton polad rulonlar və 152 vaqonda 2 218 ton rulon altından çərçivələri nəql edib. 7 072 ton isə digər yüklərə aid olub. Bu yüklərin arasında isə əsasən dənli bitkilərin payı daha çoxdur.

BTQ dəmir yolu istifadəyə veriləndən bəri, yəni 2017-ci ilin sentyabrın 30-dan başlayaraq, “ADY Express” MMC bu yolla artıq 3 138 vaqonda 185 319 ton yük nəql etməyə müvəffəq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR