“Ağcabədi şəhərinin Baş planı” təsdiq edilib

“Ağcabədi şəhərinin Baş planı” təsdiq edilib
# 29 iyun 2021 20:07 (UTC +04:00)

Ağcabədi şəhərinin 2035-ci ilə qədər dövrdə inkişafına dair “Ağcabədi şəhərinin Baş planı”nı təsdiq edilib.
APA-nın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Nazirlər Kabinetindən qərara veriləm şərhdə bildirilib ki, Ağcabədi şəhərinin təsdiq edilmiş Baş planı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb. Baş plan layihəsi 2035-ci ilə qədər olan dövrü əhatə edir.

Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınmış, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunub. Şəhərin infrastrukturunu təşkil edən nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi nəzərə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR