Azərbaycan istifadəçilərinin 8,5%-i bu il internetdə təhlükələrlə üzləşib

Azərbaycan istifadəçilərinin 8,5%-i bu il internetdə təhlükələrlə üzləşib
# 04 iyun 2021 12:24 (UTC +04:00)

"Kaspersky" şirkətinin ekspertləri cari ilin I rübü üzrə informasiya təhlükələrini təhlil edib.

"APA-Economics" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, araşdırma nəticələrinə əsasən, hesabat dövrü ərzində Azərbaycan istifadəçilərinin 8,57%-i internetdə təhlükələrlə üzləşib.

Qeyd olunur ki, ümumilikdə, internetdən yoluxma riskinə məruz qalan istifadəçilərin ən yüksək nisbətinə görə, Azərbaycan reytinqdə ilk iyirmiliyə daxil olaraq 17-ci yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR