Azərbaycan növbəti dəfə ITU-nun Komitəsinə namizədliyini irəli sürüb

Azərbaycan növbəti dəfə ITU-nun Komitəsinə namizədliyini irəli sürüb
# 19 avqust 2021 13:20 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (International Telecommunication Union – ITU) Radio Tənzimləmə Komitəsinə yenidən üzv olmaq niyyətindədir.

APA-Economics” Regional Rabitə Birliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Komitəyə növbəti dəfə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Sahibə Həsənovanın namizədliyi irəli sürülüb.

Seçkilər ITU-nun 2022-ci ildə keçiriləcək Səlahiyyətli Konfrans zamanı baş tutacaq.

Xatırladaq ki, S. Həsənova 2018-ci ildə baş tutan Səlahiyyətli Konfrans çərçivəsində Radio Tənzimləmə Komitəsinə keçirilən seçkilərdə 115 səslə qələbə qazanıb və bu Komitəyə seçilən ilk Azərbaycan təmsilçisi olub. O, radiorabitə sahəsində ixtisaslı mühəndisdir.

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının Radio Tənzimləmə Komitəsi radiotezlik spektri və peyk orbiti resurslarının idarə edilməsi üzrə məsul qlobal orqandır. Bu orqan Radio haqqında Əsasnamənin tətbiqi ilə bağlı prosedur qaydalarını, o cümlədən, radiotezliklər və peyk orbitlərinin istifadəsi ilə bağlı tapşırıqları təsdiq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR