Azərbaycan və Gürcüstan yeni gömrük məntəqəsinin tikintisini müzakirə ediblər

Azərbaycan və Gürcüstan yeni gömrük məntəqəsinin tikintisini müzakirə ediblər
# 20 may 2021 13:17 (UTC +04:00)

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər xidmətinin rəis müavini Vladimir Xundadze və Gömrük İdarəsinin rəisi Zurab Siçinava Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov ilə işgüzar görüş keçiriblər.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan Respublikası arasında gömrük-keçid məntəqələri haqqında mövcud razılaşma çərçivəsində yeni, birgə gömrük məntəqəsi – "Abreşumis Qza – İpək yolu"nun tikintisi layihəsini müzakirə ediblər. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmiryol layihəsi çərçivəsində Gürcüstan, Türkiyə və Azərbaycan arasında əməkdaşlıq haqqında üçtərəfli saziş müzakirə olunub.

Qeyd edək ki, görüş Azərbaycan Respublikasının ərazisində, “Sınıq Körpü” sərhəd-keçid məntəqəsində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR