Azərbaycan və Nepal elektron xidmətlər sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Nepal elektron xidmətlər sahəsində əməkdaşlıq edəcək
# 25 noyabr 2021 14:06 (UTC +04:00)

Yaxın vaxtlarda Nepal və Azərbaycan hökumətləri arasında dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində əməkdaşlıq memorandumunun imzalanması gözlənilir.

Bunu "APA-Economics"ə Nepalın nüfuzlu beyin mərkəzlərindən biri olan Asiya Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunun (AIDIA) təsisçisi və baş direktoru Sunil K.C. deyib.

Onun sözlərinə görə, hazırda sənədə Nepal Xarici İşlər Nazirliyi tərəfindən baxılılır.

"Memorandumun imzalanması Nepala "ASAN Xidmət"in analoji xidmətlərini tətbiq etməyə imkan verəcək ki, bu da, öz növbəsində, dövlət xidmətlərinin rəqəmsallaşdırılmasında əsas aspektə çevrilə bilər. Biz "ASAN Xidmət"in təklif etdiyi "elektron viza" xidmətini öyrənmişik və bu xidmət Nepalda istifadəyə verilən ilk elektron xidmət ola bilər. Nepal Cənubi Asiyada bu təcrübəni tətbiq edən ilk ölkə sayılacaq. Bundan əlavə, ASAN təcrübəsinin digər Cənubi Asiya ölkələrində də tətbiqi üçün potensial imkanlar var", - deyə Sunil K.C. qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR