Azərbaycan və Türkiyənin Rabitə administrasiyaları arasında ikitərəfli radiotezliklərin koordinasiya görüşü keçirilib

Azərbaycan və Türkiyənin Rabitə administrasiyaları arasında görüş

© APA | Azərbaycan və Türkiyənin Rabitə administrasiyaları arasında görüş

# 20 noyabr 2021 11:31 (UTC +04:00)

Ankara şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikasının Rabitə administrasiyaları arasında rəqəmsal TV və radio yayımı stansiyaları, mobil rabitə şəbəkələri üzrə radiotezlik təyinatlarının razılaşdırılmasına dair ikitərəfli koordinasiya iclası keçirilib.

"APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) verilən məlumata görə, iclasda Azərbaycanı RİNN, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi, Dövlət Radiotezliklər İdarəsi, eləcə də mobil rabitə operatorlarının nümayəndələri təmsil ediblər.

Hər iki ölkənin sərhədyanı ərazilərində rəqəmsal radio və televiziya yayımının tezlikləri və digər texniki parametrləri, koordinasiyanın prinsip və meyarları, mobil sistemlər üçün tezliklərdən istifadə və texniki parametrlər müzakirə olunaraq tərəflər arasında razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR