Azərbaycanda daşıyıcı şirkətlər arasında "İcazə" blanklarının bölgüsü aparılıb

Azərbaycanda daşıyıcı şirkətlər arasında "İcazə" blanklarının bölgüsü aparılıb
# 23 sentyabr 2021 15:56 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Xüsusi Komissiyası tərəfindən bu ilin sentyabr ayı üçün “İcazə” blanklarının bölgüsü aparılıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) “APA-Economics”ə verilən məlumata görə, Komissiyanın işində Komissiya üzvlərinin tam tərkibi ilə yanaşı, ictimai iştirakçılığın təmin edilməsi məqsədilə 5 daşıyıcı şirkətinin rəhbərləri və nümayəndələri də iştirak edib.

Nəticədə 33 daşıyıcıya Rusiya III ölkə məhdudiyyətsiz “İcazə” blankı, 31 daşıyıcıya isə Rusiyaya İran üzərindən daşımaları təmin etmək üçün III ölkə “İcazə” blankı bölünüb.

Hazırkı bölgü daşıyıcıların istifadəsində olan avtonəqliyyat vasitəsinin sayına, ötən 3 ay ərzində alınmış Rusiya III ölkə “İcazə”lərinin qaytarılmasını və ya istifadəsini təsdiq edən əsaslara, ənənəvi istiqamətlər üzrə daşımaların reytinqinə uyğun əmsallardan istifadə edilməklə riyazi hesablamalar vasitəsilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR