Azərbaycanda noutbukların satışı artıb

Azərbaycanda noutbukların satışı artıb
# 19 avqust 2021 15:20 (UTC +04:00)

Bu ilin iyul ayında portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı iyun ayı ilə müqayisədə 1,3 faiz bəndi artıb.

APA-Economics”in “Global Stats” statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, noutbukların bazar payı avqustun 1-nə 59,8% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz bəndi çoxdur.

Mərkəzin məlumatına əsasən, bu ilin iyul ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı iyun ayı ilə müqayisədə 1,4 faiz bəndi azalaraq avqustun 1-nə 39% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 6 faiz bəndi azdır.

Hesabatda avqust ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,14% təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 0,25 faiz bəndi çoxdur. Bu seqment üzrə cari ilin iyul ayının göstəricisi iyun ayının göstəricisindən 0,1 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR