Azərbaycanla Gürcüstan arasında tranzit sisteminə dair saziş imzalanacaq

Azərbaycanla Gürcüstan arasında tranzit sisteminə dair saziş imzalanacaq
# 28 sentyabr 2021 18:09 (UTC +04:00)

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının təkmilləşdirilmiş tranzit sisteminin və məlumatların ümumi mübadiləsinin pilot yoxlanılmasına dair üçtərəfli saziş layihəsinin Azərbaycan ilə Gürcüstan arasında imzalanması istiqamətində işlərin başlanmasına dair qərar qəbul edilib.

Dövlət Gömrük Komitəsinin “APA-Economics”ə verilən məlumata görə, bu barədə qərar bu gün keçirilən CAREC Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin 20-ci iclası zamanı verilib.

İclas həmçinin DGK-nin təklifinə əsasən Asiya İnkişaf Bankı və CAREC İnstitutunun dəstəyi çərçivəsində elektron “bir pəncərə” sisteminin Azərbaycan və digər CAREC üzv dövlətləri tərəfindən tətbiqinin layihələndirilməsi məsələsinə baxılması qərarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR