"Azərkosmos" bu il 29 mln. manatlıq xidmət ixrac edib

"Azərkosmos" bu il 29 mln. manatlıq xidmət ixrac edib
# 31 avqust 2021 13:29 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 31 ölkəsinə 28,7 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 92%-i təşkil edib. Hesabat dövründə "Azərkosmos" ASC-nin xidmət ixrac etdiyi ilk beşliyində 9,6 mln. dollar ilə ABŞ, 5,8 mln. dollar ilə Birləşmiş Krallıq, 5,6 mln. dollar ilə Fransa, 3,7 mln. dollar ilə Malayziya və 1 mln. dollar ilə BƏƏ qərarlaşıb.

"2021-ci ilin iyul ayında isə "Azərkosmos" ASC dünyanın 24 ölkəsinə 6,7 mln. dollar dəyərində xidmət ixrac edib", - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR