Bakıdan Moskvanın "Jukovski" aeroportuna reyslərin sayı artırılır

Bakıdan Moskvanın "Jukovski" aeroportuna reyslərin sayı artırılır
# 23 noyabr 2021 13:01 (UTC +04:00)

Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı “Buta Airways” şirkəti Bakıdan Moskvanın “Jukovski” hava limanına və geriyə yerinə yetirilən xüsusi reyslərin sayını artırır.

“Buta Airways”dan “APA-Economics”ə verilən məlumata görə, aviaşirkət tərəfindən həftənin cümə günləri “Jukovski” hava limanına yerinə yetirilən uçuşlara əlavə olaraq, 15 dekabr tarixindən etibarən həftənin çərşənbə günləri də həftəlik reys əlavə olunacaq.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz yer seçimi və hava limanında qeydiyyat daxildir.

Həmin reyslərə biletləri “Buta Airways” aviaşirkətinin rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür.

Aviabiletlərin dəyəri 55 avrodan başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR