Binə və Qala qəsəbələrinin qaz təchizatı dayandırılıb  

Binə və Qala qəsəbələrinin qaz təchizatı dayandırılıb  
# 22 noyabr 2021 10:25 (UTC +04:00)

“Qaz İxrac” İdarəsinə məxsus “Yeni Binə” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 09:00-dan etibarən işlər başa çatanadək Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu, Binə və Qala qəsəbələrinin qaz təchizatı dayandırıldı.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, həmçinin Qusar rayonunun qaz təchizatının yaxşılaşdırılması üçün “Təmiz Qaz” QSC tərəfindən aparılan texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması səbəbindən saat 09:00-dan işlər başa çatanadək “Qusar” QPS-dən qaz təchizatı dayandırıldı. Qusar şəhərinin və rayonun 16 kəndinin qaz təchizatında fasilə yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR