Çelyabinsk-Bakı aviareysinin bərpasına dair ilkin razılıq əldə olunub

Çelyabinsk-Bakı aviareysinin bərpasına dair ilkin razılıq əldə olunub
# 16 may 2021 15:15 (UTC +04:00)

Rusiyanın Çelyabinsk hava limanından Bakıya birbaşa uçuşların bərpası ilə bağlı ilkin razılaşma əldə olunub.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS Çelyabinsk aeroportuna istinadən xəbər verir.

Məlumata görə, Çelyabinsk hava limanından beynəlxalq aviadaşımaların bərpası ilə bağlı artıq qərar qəbul edilib və iki istiqamət üzrə (Yerevan və Bişkek) reyslərin bərpası artıq razılaşdırılıb.

Qeyd olunur ki, Çelyabinsk-Bakı-Çelyabinsk, Çelyabinsk-Almatı-Çelyabinsk (hər ikisi müntəzəm) və Çelyabinsk-Monastir (Tunis, çarter reysləri) istiqamətlər üzrə reyslərin yerinə yetirilməsi ilə bağlı ilkin razılıq əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR