Dövlət strukturları tərəfindən kibertəhlükəsizlik sorğularının sayı artıb

Dövlət strukturları tərəfindən kibertəhlükəsizlik sorğularının sayı artıb
# 19 avqust 2021 10:01 (UTC +04:00)

Bu ilin iyul ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı iyun ayı ilə müqayisədə 1,8% artaraq 343 ədəd təşkil edib.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, iyul ayı ərzində mərkəzə daxil olan sorğulardan 95%-nə baxılıb və təmin edilib.

Məlumata əsasən, iyul ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 11 domen və 11 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 7 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-iyul aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 2539 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 96%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 96 hesabat təqdim edilib. Yanvar-iyul ayları ərzində Azərbaycanın internet seqmentində 33 domen və 57 subdomen qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR