İstanbulda Azərbaycan və İran arasında nəqliyyat məsələləri müzakirə edilib

Rəşad Nəbiyev, İsa Zarepur

© APA | Rəşad Nəbiyev, İsa Zarepur

# 07 oktyabr 2021 18:44 (UTC +04:00)

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepurla görüşüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, İstanbulda keçirilən görüş Nəqliyyat və Rabitə Şurasının XII iclası çərçivəsində baş tutub.

Görüşdə iki tərəfli əlaqələrin inkişaf etdirilməsi barədə danışıqlar aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR