Jurnalistlər Hadrutun su təchizatı məqsədilə görülən işlərin gedişi ilə tanış olublar

Hadrutun su təchizatı üçün görülən işlər

© APA | Hadrutun su təchizatı üçün görülən işlər

# 07 may 2021 13:37 (UTC +04:00)

Mətbuat nümayəndələrinin işğaldan azad olunmuş Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri davam edir.

APA-nın əməkdaşı xəbər verir ki, jurnalistlər mərmi partlaması nəticəsində sıradan çıxmış su xəttinin təmiri işlərinin gedişi ilə tanış olublar.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Hadrut qəsəbəsinə 1 saat ərzində 60 kub/metr su verilir.

Media nümayəndələrinə Hadrutun su təchizatı ilə bağlı nəzərdə tutulan işlər barədə də ətraflı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR