Naftalan neftinə həsr edilən poçt markaları bloku dövriyyəyə buraxılıb

Naftalan neftinə həsr edilən poçt markaları bloku dövriyyəyə buraxılıb
# 30 avqust 2021 12:28 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən "Müalicəvi Naftalan nefti" mövzusuna həsr edilən poçt markaları bloku dövriyyəyə buraxılıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, buraxılış 1 markadan ibarət poçt bloku şəklində hazırlanıb. Markanın ölçüsü 40,3 x 40,3 mm, vərəqin ölçüsü 52x69 millimetrdir. Poçt bloku 5 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

Poçt markasının müəllifi rəssam Orxan Qarayevdir.

Marka ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR