Naxçıvanda internet xidmətlərinin keyfiyyətinin ölçülməsi ilə bağlı monitorinqlərə başlanılıb

Naxçıvanda internet xidmətlərinin keyfiyyətinin ölçülməsi ilə bağlı monitorinqlərə başlanılıb
# 26 avqust 2021 13:47 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında internet xidmətlərinin keyfiyyətinin ölçülməsi məqsədilə monitorinqlərə başlanılıb.

Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qurumun səlahiyyətli mütəxəssislərinin iştirakı ilə Şərur və Kəngərli rayonlarında monitorinqlər aparılır.

Monitorinqlər zamanı rabitə xətlərinə və abunə qurğularına baxış keçirilir, internet qırılmalarına səbəb olan yararsız kabellər aşkar edildiyi təqdirdə rayon rabitə idarələrinin əməkdaşları tərəfindən yeni kabellərlə əvəz edilir, internet xətlərində yaranan nasazlıqlar aradan qaldırılır. Monitorinqlər zamanı müasir standartlara cavab verən siqnal ölçmə cihazından istifadə edilir. Monitorinqlər digər rayonları da əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR