Naxçıvanda rabitə qovşaqları yenilənir

Naxçıvanda rabitə qovşaqları yenilənir
# 01 noyabr 2021 15:53 (UTC +04:00)

Naxçıvan şəhərində yeni nəsil ATS-lərin quraşdırılması, aztutumlu telefon stansiyaların isə daha çox montaj tutumu olan stansiyalar ilə dəyişdirilməsi nəzərdə tutulub.

Naxçıvanın Rabitə və Yeni Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, həyata keçirilən tədbirlərin muxtar respublikanın rayonlarında da davam etdirilməsi planlaşdırılıb.

Hazırda Naxçıvan şəhərinin bir sıra yaşayış məntəqələrində yeni ATS-lər quraşdırılır, aztutumlu telefon stansiyaları isə yüksək montaj tutumuna malik yeni nəsil ATS-lərlə əvəz olunur.

Əhalinin rabitə xidmətlərinə olan tələbatını nəzərə alaraq 2976 nömrə tutumuna dörd ATS sakinlərin istifadəsinə verilib, mövcud olan 320 montaj tutumlu telefon stansiyası isə 544 montaj tutumuna malik yeni ATS ilə əvəz olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR