Nazir: Britaniya texnologiya sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə çalışır

Qrem Stüart

© APA | Qrem Stüart

# 20 may 2021 14:33 (UTC +04:00)

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi texnologiya sahəsində Britaniyanın ən qabaqcıl təcrübəsini bölüşmək üçün çalışır.

Səfirlikdən "APA-Economics"ə verilən məlumata görə, bunu Britaniyanın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri Qrem Stüart (Graham Stuart) səfirliyin ticarət şöbəsinin təşkil etdiyi İKT sahəsində bazar araşdırmaları nəticələrinin təqdimatında çıxış edərək deyib.

O bildirib ki, COVID19-a baxmayaraq, Britaniya hər növ texnologiya sahəsində dünyanın aparıcı mərkəzlərindən biri olaraq liderliyini qoruyur: "Bilirəm ki, Azərbaycanda İKT qeyri-neft iqtisadiyyatının aparıcı qüvvələrindən biri hesab olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR