Nazir Rəşad Nəbiyev Qazaxıstanın ticarət və inteqrasiya naziri ilə görüşüb - FOTO

Baxıt Sultanov və Rəşad Nəbiyev

© APA | Baxıt Sultanov və Rəşad Nəbiyev

# 09 sentyabr 2021 09:25 (UTC +04:00)

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Qazaxıstan tərəfindən həmsədri, ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə nəqliyyat və İKT sahəsində ikitərəfli əməkdaşlığımız müzakirə edilib.

İki ölkənin üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaların həcminin artırılması üçün dəhliz üzərindəki daşıma tariflərinin unifikasiyası, gömrük prosedurlarının sinxronlaşdırılmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, Baxıt Sultanovun başçılıq etdiyi Qazaxıstan nümayəndə heyəti Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasında iştirak məqsədilə ölkəmizdə səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR