Pakistan Azərbaycan ərazisi ilə Avropaya yükdaşımalar həyata keçirmək niyyətindədir

Pakistan Azərbaycan ərazisi ilə Avropaya yükdaşımalar həyata keçirmək niyyətindədir
# 29 sentyabr 2021 15:55 (UTC +04:00)

Pakistan Azərbaycan ərazisindən istifadə edərək Avropaya yükdaşımalar həyata keçirmək niyyətindədir.

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) "APA-Economics"ə verilən məlumata görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ABADA-da keçirilən görüşdə deyib.

O, Pakistanın "National Logistics Cell" logistika şirkətinin Azərbaycan və Türkiyəyə avtomobil nəqliyyatı ilə yükdaşımalara başladığını deyib. Səfir bildirib ki, ölkəsinin milli logistika şirkəti Beynəlxalq Nəqliyyat Konvensiyası (TIR) çərçivəsində Beynəlxalq Nəqliyyat Birliyinin Pakistan Milli Səlahiyyətli Komitəsi tərəfindən regional nəqliyyat əməliyyatları üçün icazəsi var.

B. Hayee eyni zamanda Azərbaycan ərazisindən keçərək bu xidmətlərinin icra edilməsi üçün münasib şərtlərin olduğu qeyd edilib. O, ölkəsinin ixrac imkanlarının artırılması üçün bu məsələyə xüsusi önəm verdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR