Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində alman sahibkarlarla görüş keçirilib - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində alman sahibkarlarla görüş keçirilib - FOTO
# 23 noyabr 2021 17:09 (UTC +04:00)

Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyinin dəstəyi ilə alman sahibkarlardan ibarət nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində RİNN-nin nazir müavini Rəhman Hümmətovun başçılıq etdiyi nümayəndə heyəti ilə alman sahibkarlar arasında görüş keçirilib.

Alman nümayəndə heyətinin tərkibində nəqliyyat, logistika, konsaltinq və tikinti sahəsində fəaliyyət göstərən şirkətlər təmsil olunub.

Görüş zamanı alman şirkətləri layihələrini təqdim edib, təkliflərini səsləndiriblər.

Yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanların müəyyən edilməsi istiqamətində müzakirələr aparılıb.

Görüşdə nazir müavini R. Hümmətov çıxış edərək Almaniya – Azərbaycan arasındakı müvafiq sahələrdə əlaqələrin inkişaf perspektivlərindən danışıb. Nazir müavini işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib və alman şirkətlərini maraqlandıran məsələlər ətraflı müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR