Rəşad Nəbiyev Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğun nümayəndələri ilə görüşüb

Rəşad Nəbiyev Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğun nümayəndələri ilə görüşüb
# 19 noyabr 2021 16:14 (UTC +04:00)

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə ölkəmizdə səfərdə olan Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğun nümayəndələri arasında görüş keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə beynəlxalq maliyyə institutlarının – Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya Bankı (EİB) və Fransa İnkişaf Agentliyi (ADF) nümayəndələri də iştirak ediblər.

Avropa İttifaqının cari ilin 2 iyul tarixində qəbul etdiyi “Bərpa, dayanıqlıq və islahat: Şərq Tərəfdaşlığının 2020-ci ildən sonrakı prioritetləri” Birgə İşçi Sənədi və İqtisadi və İnvestisiya Planında Azərbaycan üzrə müəyyən olunmuş əsas təşəbbüslərin (flagship initiative) həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Bildirilib ki, ölkəmizlə Avropa İttifaqı arasında əlaqələr yüksələn xətlə inkişaf edir və bütün sahələrdə, o cümlədən rəqəmsal inkişaf və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün güclü potensial mövcuddur.

Görüş çərçivəsində Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya proseslərinin və müvafiq insan kapitalının inkişaf etdirilməsi istiqamətində birgə layihələrin nəzərdən keçirilməsi haqqında razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR