Rusiya və Çin "Boeing" və "Airbus"la rəqabət aparacaq təyyarə hazırlayır

Rusiya və Çin "Boeing" və "Airbus"la rəqabət aparacaq təyyarə hazırlayır
# 02 sentyabr 2021 11:08 (UTC +04:00)

Rusiya və Çin birgə olaraq genişgövdəli uzaq məsafəli CR929 təyyarəsinin tikintisinə başlayıb. Təyyarə Çində hazırlanır.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bütün hazırlıq işləri artıq başa çatıb və ilk təyyarənin tikintisinə start verilib.

Məlumata görə, Rusiya və Çin CR929-un yaradılması üzrə planlarını 2025-2027 illər ərzində reallaşdırmaq niyyətindədirlər. Planlara əsasən, 250-300 sərnişin tutumlu CR929 dünyanın aparıcı istehsalçılarının (Avropanın "Airbus" və ABŞ-ın "Boeing" şirkətləri) təyyarələri ilə rəqabət aparacaq və təkcə Rusiya və Çinin deyil, həm də digər ölkələrdə əhəmiyyətli bazar payına sahib olacaq.

Qeyd olunur ki, proqramın dəyəri hazırda 13-20 mlrd. ABŞ dolları civarında qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR