Rusiyanın iki şirkətinə Permdən Bakı və Gəncəyə uçuşlar yerinə yetirməyə icazə verilib

Rusiyanın iki şirkətinə Permdən Bakı və Gəncəyə uçuşlar yerinə yetirməyə icazə verilib
# 06 iyul 2021 12:01 (UTC +04:00)

Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi (Rosaviasiya) bir neçə aviaşirkətə Pemdən Azərbaycan, Misir, İspaniya və Kubaya uçuşlar yerinə yetirməyə icazə verib.

"APA-Economics" Rosaviasiyanın məlumatına istinadən xəbər verir ki, "Nordwind Airlines" aviaşirkətinə Permdən Bakı və Qahirəyə, "S7 Airlines" aviaşirkətinə isə Permdən Gəncəyə uçuşlar həyata keçirməyə icazə verilib.

Bundan başqa, "Ikar" şirkəti Perm-Varadero (Kuba) aviareysi üzrə, "Azur air" şirkəti isə Permdən İspaniyanın Barselona və Palma-de-Mayorka şəhərlərinə çarter aviareysləri üzrə uçuşlar yerinə yetirmək hüququnu əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR