Xüsusi nümayəndə: “Şuşada istilik sistemləri bərpa olunur” - VİDEO

Aydın Kərimov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi

© APA | Aydın Kərimov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi

# 18 sentyabr 2021 13:49 (UTC +04:00)

“Şuşada hər gün yeniliklər baş verir, infrastruktur bərpa edilir, tikinti işləri aparılır”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
A. Kərimov deyib ki, qarşıdan qış mövsümü gəlir, Şuşada istilik sistemlərinin bərpasına başlanıb: “Prezidentin tapşırığına uyğun olaraq, aidiyyatı qurumlarla bu ilşin öhdəsindən 80-90 faiz gəlmişik. Yaxın bir ay ərzində həm enerji təchizatı, həm istilik təchizatı baxımından ilkin mərhələdə tələb olunan qurğular və avadanlıqlar istismara veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR