Yaxın günlərdə vahid əmək münasibətləri platforması istifadəyə veriləcək

Mustafa Abbasbəyli

© APA | Mustafa Abbasbəyli

# 06 may 2021 13:04 (UTC +04:00)

Yaxın günlərdə Azərbaycanın insan resursları əməliyyatlarının tamamilə elektron müstəviyə keçidini təmin edəcək “Əmək münasibətləri və məşğulluq altsistemi” (ƏMAS) adlı vahid əmək münasibətləri platforması istifadəyə veriləcək.

APA-Economics” xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “Caspian Energy Club”un təşkil etdiyi “Online B2G Forum”da çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi də yaradılır. E-əmək birjası və yarmarkası, ictimai işlər portalı (works.gov.az) və onlayn tədris platforması üzrə işlərə başlanılıb.

Agentliyinin İdarə Heyətinin sədri bildirib ki, artıq ölkə üzrə bütün vakansiyalar “Məşğulluq” altsistemində toplanır. İşəgötürənlərin hesabatları kağız üzərində təqdim etməsi praktikası ləğv edilərək, bu proses elektron müstəviyə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR