Azərbaycanda kredit götürənlərin sayı 2,4 mln. nəfərə yaxınlaşır - TƏHLİL

Azərbaycanda kredit götürənlərin sayı 2,4 mln. nəfərə yaxınlaşır - <span style="color: red;">TƏHLİL
# 12 may 2015 09:03 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2014-cü ilin mart ayı ilə müqayisədə 2015-ci ilin eyni dövründə cəmi borcalanların sayı 0,94%, başqa sözlə, 346 642 nəfər artaraq bu ilin aprelin 1-ə 2 mln. 389 min 292 nəfər təşkil edib.

 

APA-Economics”in Mərkəzi Banka istinadən yaydığı məlumata görə, bunun 10 min 926 nəfəri hüquqi, 2 mln. 357,004 mini fiziki şəxs, 21 min 362 nəfəri sahibkarlıq subyektidir.

 

             

 

 

Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı artır. Belə ki, 2014-cü ilin mart ayından indiyədək daha 341 623 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 622 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 4 397 nəfərlik artım olub.

 

 

2015-ci ilin fevral ayı ilə müqayisədə martda bankdan kredit götürən fiziki şəxslərin sayında 22 030, sahibkarlıq subyektlərinin sayında 246, hüquqi şəxslərin sayında isə 49 nəfərlik artım olub.

 

  

 

 

Bu ilin mart ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 203 873 sorğu daxil olub. Başqa sözlə, ötən ilin mart ayı ilə müqayisədə 2015-ci ilin martında Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 0,74% artıb. Bu sorğuların 192 590-ı banklar tərəfindən daxil olub. 11 283 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib.

 

 

                                                                                            

 

Cari ilin fevral ayı ilə müqayisədə mart ayının göstəricilərini təhlil edəndə məlum olur ki, ümumilikdə fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında azalma var. Başqa sözlə, fevralda 20 809 nəfər kredit tarixçəsini öyrənmək istəyib, martda bu göstərici 11 283-ə enib. Başqa sözlə, fevral ayı ilə müqayisədə martda fiziki şəxslərin sorğularının sayı 45,78% azalıb. 

 

Mart ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 389 292, kredit məlumatlarının ümumi sayı isə 9 483 441 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 109 476-dır.

 

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR