Bu ilin 10 ayında kredit qoyuluşunun 17%-i regionlara yönəlib

Bu ilin 10 ayında kredit qoyuluşunun 17%-i regionlara yönəlib
# 09 dekabr 2017 10:16 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2017-ci ilin noyabr ayının 1-nə 12 mlrd. 152 mln. 182,2 min manat təşkil edib ki, bunun da 83,01%-i və ya 10 mlrd. 88 mln. 051,5 min manatı Bakı şəhərinin payına düşüb.

APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının regionlar üzrə kredit qoyuluşu siyahısına nəzər salanda məlum olur ki, bu göstərici üzrə ikinci yerdə Aran iqtisadi rayonu qərarlaşıb. Belə ki, bu ilin 10 ayında Aran iqtisadi rayonuna kredit qoyuluşu 494 mln. 574,6 min manat təşkil edib. Bu ümumi kredit qoyuluşunun 4,06%-ni təşkil edir.

Kredit qoyuluşunun həcminə görə, sonrakı yerdə 3,77%-lik payla Abşeron iqtisadi rayonu qərarlaşıb. Bu ilin noyabrın 1-nə bu iqtisadi rayona 458 mln. 214,6 min manat həcmində kredit qoyulub.

Kredit qoyuluşunun 3,54%-i Gəncə-Qazax iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin yanvar-oktyabr aylarında Gəncə-Qazax iqtisadi rayonuna 430 mln. 302 min manatlıq kredit qoyulub.

Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonu ən az kredit qoyuluşu olan rayonlardandır. Belə ki, hesabat dövründə Yuxarı Qarabağ iqtisadi rayonuna kredit qoyuluşu 41 mln. 576,2 min manat, Kəlbəcər-Laçın iqtisadi rayonuna kredit qoyuluşu isə bundan 55,71 dəfə az - 746,2 min manat olub.

Regionlar üzrə verilən kreditlərin orta faiz dərəcəsinə gəlincə, ən bahalı kreditlər Lənkəran iqtisadi rayonunun payına düşüb. Bu iqtisadi rayon üzrə verilən kreditlərin orta faiz dərəcəsi 22,1% təşkil edib. Hesabat dövründə ölkədə ən aşağı faizlə kreditlər Bakı şəhərində verilib. Paytaxtda orta kredit faizi 10,6% olub. İqtisadi rayonlar arasında orta faiz dərəcəsinə görə ən aşağı göstərici Naxçıvanda qeydə alınıb. Burada verilən kreditlərin orta faiz dərəcəsi 8,5%-ə bərabər olub.

Regionlarda kreditlərin orta faiz dərəcəsi

Regionların adı

Cəmi (min manatla)

Orta faiz dərəcəsi

Azərbaycan Respublikası:

12 152182,2

12%

o cümlədən Bakı

10 088051,5

10,6%

Aran iqtisadi rayonu

494574,6

22,6%

Lənkəran iqtisadi rayonu

173701,8

22,1%

Dağlıq Şirvan iqtisadi rayonu

71875,7

21,5%

Şəki-Zaqatala iqtisadi rayonu

146516,5

20,5%

Quba-Xaçmaz iqtisadi rayonu

144187,1

19,9%

Yuxarı Qarabağ iqtisadi rayonu

41576,2

18,9%

Gəncə-Qazax iqtisadi rayonu

430302,0

18,8%

Abşeron iqtisadi rayonu

458214,6

15,5%

Kəlbəcər-Laçın iqtisadi rayonu

746,2

15,2%

Naxçıvan iqtisadi rayonu

102436,0

8,5%

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR