Azərbaycanın dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları artırılıb

Azərbaycanın dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları artırılıb
# 29 iyul 2008 13:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov- APA-Economics. Azərbaycan «Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında» qərarında dəyişikliklər edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib. Dəyişikliyə əsasən dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb. Artıma görə, bu il iyulun 1-dən 1-ci kateqoriya dövlət orqanlarında 150, 2-ci kateqoriya dövlət orqanlarında 140, 3-cü kateqoriya dövlət orqanlarında 130, 4-cü kateqoriya dövlət orqanlarında 120, 5-ci kateqoriya dövlət orqanlarında 110, 6 və 7-ci kateqoriya dövlət orqanlarında isə 100 manat müəyyənləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR