«Bank Standard» ipoteka proqramında faiz dərəcələrini aşağı salmaq niyyətində deyil

«Bank Standard» ipoteka proqramında faiz dərəcələrini aşağı salmaq niyyətində deyil
# 30 iyul 2008 10:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) öz ipoteka proqramında («Mənzilim») faiz dərəcələrini aşağı salmaq niyyətində deyil. Bu barədə «APA-Economics»ə «Bank Standard»ın İdarə Heyəti sədrinin birinci müavini Cavid Quliyev məlumat verib. C. Quliyevin sözlərinə görə, buna səbəb hazırda dünya maliyyə bazarında kredit böhranının mövcudluğudur: «Məhz bu məsələ bizə ipoteka kreditlərinin faiz dərəcələrini aşığı salmağa imkan vermir. Ümumiyyətlə, hazırda faiz dərəcələrinin aşağı salınması üçün müzakirələr aparmaq tezdir».
Qeyd edək ki, hazırda «Mənzilim» proqramı çərçivəsində kreditlər maksimum 5 il müddətinə, illik 16-18% dərəcə ilə ayrılır.
Xatırladaq ki, özəl bank təşkilatı olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivləri 712,3 mln. manat, kredit portfeli 439,1 mln. manat, depozit portfeli 108,3 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR