«Parabank» VISA plastik kartlarının yeni növlərini buraxıb

«Parabank» VISA plastik kartlarının yeni növlərini buraxıb
# 04 avqust 2008 08:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Parabank» Açıq Səhmdar Cəmiyyəti plastik kart portfelinə beynəlxalq VISA plastik kartlarının yeni 3 növünü daxil edib. ASC-dən «APA-Economics»ə verilən məlumata görə, kart portfelinə VISA Electron, VISA Classic və VISA Gold kartları daxil olub. Bankın müştəriləri bu kartları əldə edərək, öz hesablarından vəsaitlərini manat, ABŞ dolları və ya avro ilə çıxara biləcəklər. «Parabank» hər bir əmanətçisi və bankdan kredit alan şəxs VISA plastik kartlarının sahibi olacaq.
Qeyd edək ki, VISA Electron kartları öz sahiblərinə əmək haqqını günün istənilən saatında nağd şəkildə almağa, VISA Classic dünyanın istənilən nöqtəsində mal və xidmətlərin dəyərini ödəmək və nağd pul çıxarmağa, VISA Gold isə öz fərdiliyini vurğulamaq imkanı verir.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 8 filialı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR