IFC «Rabitəbank»ın səhmdarları sırasına qoşulacaq

IFC «Rabitəbank»ın səhmdarları sırasına qoşulacaq
# 05 avqust 2008 11:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın üç ay ərzində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankının səhmdarlar sırasına qoşulacaq. Bu barədə «APA-Economics»ə IFC-nin Bakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova məlumat verib. A. Əzimovanın sözlərinə görə, hazırda bu məsələyə dair hüquqi sənədlər hazırlanır və IFC-nin «Rabitəbank»da neçə faiz paya malik olacağı müzakirə olunur.
Qeyd edək ki, 2007-ci ildə «Rabitəbank» IFC-dən 2 mln. ABŞ dolları həcmində kredit sazişi imzalayıb. Kredit Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi layihələrinə yönəldilib. Sazişə əsasən, IFC sonradan kreditin bir hissəsini bankın səhmlərinə (10-20%) çevirmək imkanı əldə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR