İyul ayı üzrə Azərbaycanın qiymətli kağızlar bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi

İyul ayı üzrə Azərbaycanın qiymətli kağızlar bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi
# 05 avqust 2008 13:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə “Standard Capital” başçılıq edir. Bakı Fond Birjasından (BFB) “APA-Economics”ə verilən məlumata görə, şirkət 8 müştəriyə ümumi dəyəri 75 372 849 manat olan broker xidmətləri göstərib. İkinci yeri 5 müştəriyə ümumi həcmi 64 438 669 manat olan broker xidmətləri göstərmiş “Respublika İnvest” tutur. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən 10 934 179 manat azdır. Üçüncü yerdə 44 611 360 manatla “UniCapital” qərarlaşıb.

Qeyd edək ki, iyul ayında brokerlərin renkinqində birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə artıb. Belə ki, iyun ayında göstərilmiş broker xidmətlərinin öndə gedən məbləği 38 781 330 manat təşkil edib. Bundan başqa, bu ilin iyul ayında dövlət qiymətli kağızları sektorunda xidmət göstərmiş brokerlərin sayı 9-dan 11-dək artıb.

2008-ci il iyul ayı üzrə DQK bazarında göstərilmiş

xidmətlərin həcminə görə brokerlərin renkinqi


Xidmətlərin həcminə görə yeri (iyun)

Xidmətlərin həcminə görə yer (iyul)

Brokerlər

Müştərilərin sayı (iyun)

Müştərilərin sayı (iyul)

Əməliyyatlarının həcmi

(AZN)

1

1

Standard Capital”

6

8

75,372,849.18

5

2

Respublika İnvest”

5

5

64,438,669.54

7

3

UniCapital”

4

10

44,611,360.64

4

4

YapıKredi İnvest”

1

1

34,903,441.38

3

5

Azərintertreyd” MMC

4

4

31,398,714.90

2

6

Texnika Capital” “Menagment”

3

5

29,760,573.56

6

7

BoB Broker”

2

2

23,363,839.76

-

8

İnternаtionаl Tranzakshn Sistem"

-

1

19,870,000.00

9

9

Brokdil-Az”

2

1

10,350,911.32

8

10

Kapital Partners”

2

1

3,807,593.18

-

11

ADB-Broker”

-

1

1,244,272.00

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR