Azərbaycan banklarının «Western Union» və «Moneygram» vasitəsilə pul köçürmə əməliyyatları həyata keçirməsinə icazə verilib

Azərbaycan banklarının «Western Union» və «Moneygram» vasitəsilə pul köçürmə əməliyyatları həyata keçirməsinə icazə verilib
# 13 avqust 2008 16:52 (UTC +04:00)
Qeyd edək ki, AMB ölkə ərazisində maliyyə vasitəçiliyinin milli qanunvericilik çərçivəsində təmin olunması məqsədilə pul köçürmə sistemlərinin monitorinqini həyata keçirən zaman Azərbaycanın işğal altında olan ərazilərində bir sıra pul köçürmə sistemləri, o cümlədən «Contact», «Western Union», «Zolotaya Korona–Denejnıe Perevodı», «Moneygram», «Migom», «Privat Money», «Lider» sistemləri vasitəsi ilə pul köçürmələrinin həyata keçirildiyini müəyyən edib. Həmin pul köçürmə sistemlərinin rəsmi internet səhifələrində isə Azərbaycanın əraziləri təhrif olunmuş qaydada təqdim edilib, bəzi yaşayış məntəqələrinin adı isə düzgün yazılmayıb.

Digər tərəfdən, bu ərazilərdə AMB-nin lisenziyası olmadan fəaliyyət göstərən qurumlar vasitəsilə pulköçürmə əməliyyatlarının həyata keçirilməsi kimi qanunvericilik pozuntusu halları da aşkar olunub. Aşkar olunmuş faktlarla bağlı bu pul köçürmə sistemlərinə qarşı müvafiq tələblər irəli sürülüb, qanunsuz fəaliyyətin həyata keçirilməsinin dayandırılması tələb edilib, həmçinin onların nəzarət orqanlarına xəbərdarlıq olunub. Nəticədə pul köçürmə sistemlərinin əksəriyyəti Azərbaycan ərazisində qanunsuz fəaliyyətini dayandırıb, burada pul köçürmələrini icra edən qurumlar ilə işgüzar münasibətlərə xitam verib və belə halların gələcəkdə davam etməyəcəyi barədə öhdəlik götürüb.

Bununla belə, «Western Union» və «Moneygram» pul köçürmə sistemləri tərəfindən işğal altında olan ərazilərdə qanunsuz fəaliyyətin davam etdirilməsini nəzərə alaraq, AMB iyulun 30-dan Azərbaycanda fəaliyyət göstərən banklara bu sistemlərlə işgüzar münasibətlərin dayandırılmasını tapşırıb. Bundan sonra, «Western Union» və «Moneygram» rəsmiləri gələcəkdə bir daha belə hallara yol verməmək barədə öhdəlik götürdüklərini ali menecment səviyyəsində bəyan ediblər. Bunu nəzərə alan AMB Azərbaycan banklarına bu sistemlər vasitəsilə pul köçürmə əməliyyatları həyata keçirməyə icazə verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR