«Deka Bank» yanvar-iyun aylarında depozit portfelini 93% genişləndirib

«Deka Bank» yanvar-iyun aylarında depozit portfelini 93% genişləndirib
# 18 avqust 2008 07:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Deka Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi bu ilin iyul ayının 1-nə 27,190 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan analoji göstəricidən 9,1% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 4,7% azalaraq 18,012 mln. manata, depozit portfeli isə 93,2% artaraq 5,538 mln. manata çatıb. Bankın məcmu kapitalı 18% artaraq 12,772 mln. manat, o cümlədən nizamnamə kapitalı 9,594 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% azalaraq 321 min manat, xərcləri isə 2,2 dəfə artaraq 249 min manat təşkil edib. Nəticədə, son bir ildə bankın mənfəəti 3,9 dəfə azalaraq 72 min manat olub.
Bundan başqa, bank son bir ildə 6 POS-terminal quraşdırıb. Bu dövr ərzində bankın işçilərinin sayı 10,3% artaraq 75 nəfərə çatıb.
Xatırladaq ki, «Deka Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 6 filialı, 1 bankomatı və 13 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR