«AtaBank»ın aktivləri yanvar-iyun aylarında 66% artıb

«AtaBank»ın aktivləri yanvar-iyun aylarında 66% artıb
# 19 avqust 2008 12:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi bu ilin iyul ayının 1-nə 116,752 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan göstərici ilə müqayisədə 65,5% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 66% artaraq 89,686 mln. manata, depozit portfeli isə 66,9% genişlənərək 95,931 mln. manata çatıb. Bankın məcmu kapitalı 54% artaraq 19,068 mln. manat, o cümlədən nizamnamə kapitalı 27,9% artaraq 13 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri 75% artaraq 11,277 mln. manat, xərcləri isə 56,8% artaraq 8,086 mln. manat olub. Nəticədə, bankın mənfəəti 2,5 dəfə artaraq 3,191 mln. manat təşkil edib.
«AtaBank» son bir ildə əlavə 3 filial açıb, həmçinin 13 bankomat və 154 POS-terminal quraşdırıb. Bundan başqa, həmin dövr ərzində bankın işçilərinin sayı 26% artaraq 247 nəfərə, orta aylıq əmək haqqı isə 33,3% azalaraq 600 manata çatıb.
Xatırladaq ki, «AtaBank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Bankın respublika 17 filialı, 46 bankomatı və 248 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR