IFC Azərbaycan banklarının xarici bazarlara çıxışına yardım edəcək

IFC Azərbaycan banklarının xarici bazarlara çıxışına yardım edəcək
# 20 avqust 2008 07:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda fəaliyyət göstərən bank və müəssisələrin xarici bazarlara çıxışını təmin edə bilər. «APA-Economics»in məlumatına görə, bunu IFC-nin icraçı vitse-prezidenti, baş direktoru Lars Tanel bildirib.
L.Tanelin sözlərinə görə, IFC Azərbaycanda qeyri-neft sektorunun inkişafına dəstək olaraq maliyyə sektorunda işlərini davam etdirəcək və həm bank və sığorta təşkilatları, həm də müəssisələrə dəstək olacaq.
L.Tanel həmçinin qeyd edib ki, IFC kənd təsərrüfatı və ərzaq məhsullarının emalı sahəsində də Azərbaycana yardım etməyə hazırdır.
Qeyd edək ki, Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Bu günədək IFC ölkədəki 40 layihəyə öz vəsaitlərindən 300 mln. ABŞ dolları və sindikatlaşdırılmış kredit şəklində 104 mln. dollar həcmində vəsait yönəldib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR