«Azərdəmiryolbank» ipoteka kreditləri portfelini 6 dəfə genişləndirəcək

«Azərdəmiryolbank» ipoteka kreditləri portfelini 6 dəfə genişləndirəcək
# 20 avqust 2008 09:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Açıq Səhmdar Cəmiyyəti (ASC) yaxın bir il ərzində ipoteka kreditləri portfelinin həcmini 6 dəfə artıraraq 12 mln. ABŞ dollarına çatdırmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu «Azərdəmiryolbank»ın İdarə Heyətinin sədri Roman Əmircanov bildirib.
R.Əmircanovun sözlərinə görə, hazırda bankın ipoteka kreditləri portfeli 2 mln. dollara bərabərdir: «Lakin Beynəlxalq Maliyyə Korporasiyasından (IFC) cəlb etdiyimiz 5 mln. dollar və gələn ilin ortalarında digər beynəlxalq maliyyə təşkilatından cəlb olunacaq kreditlər bankın ipoteka kreditləri portfelini 12 mln. dollara çatdırılmasına imkan yaradacaq».
R.Əmircanov həmçinin qeyd edib ki, «Azərdəmiryolbank» ipoteka kreditlərini yalnız fiziki şəxslərə verəcək.
Qeyd edək ki, «Azərdəmiryolbank» ASC 1989-cu ildə təsis edilib. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (AYIB) və Hollandiya İnkişaf Bankı (FMO) daxildir. Cari ilin iyul ayının 1-nə bankın aktivləri 200,2 mln. manat, bankın kredit portfeli 153,2 mln. manat, depozit portfeli 61,5 mln. manat, məcmu kapitalı 32,8 mln. manat, o cümlədən nizamnamə kapitalı isə 13,3 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR