«Azər-Türk Bank» POS-terminalların quraşdırılmasına başlayıb

«Azər-Türk Bank» POS-terminalların quraşdırılmasına başlayıb
# 20 avqust 2008 09:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Türk Bank» Səhmdar Kommersiya Bankı (SKB) ilk POS-terminallarının quraşdırılmasına başlayıb.
Bankın İdarə Heyətinin üzvü Həsən Bədəlovun «APA-Economics»ə verdiyi məlumata görə, ilkin olaraq Bakı şəhərində 20 POS-terminal quraşdırılacaq.
Bundan başqa, bank yeni ATM-lər də quraşdırmaq niyyətindir. Belə ki, 2008-ci ilin sonunadək bank tərəfindən əlavə 3 «Winknor» modelli bankomatın quraşdırılması planlaşdırılır. Bununla da bankın ATM-lərinin sayı 2 dəfə artaraq 6-ya çatacaq.
Xatırladaq ki, «Azər-Türk Bank» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasına Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) daxildir.
Bu ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 37,463 mln. manat, kredit portfeli 26,133 mln. manat, depozit portfeli 22,936 mln. manat, məcmu kapitalı 11,258 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat olub. Hazırda bankın respublika üzrə 2 filialı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR